Rusiya Cənubi Koreya ilə müharibə halında Şimali Koreyaya qoşun göndərəcəyinə söz verib.
Bu barədə “The Korea Herald” məlumat yayıb.
Milli Assambleyanın Milli Kəşfiyyat Komitəsinin üzvü, Seulun Rusiyadakı keçmiş səfiri Vi Son Lakın sözlərinə görə, Pxenyan və Moskva arasında hərbi əməkdaşlıq Rusiya – Ukrayna münaqişəsindən sonra da davam edəcək.
Diplomat vurğulayıb ki, tərəflər qarşılıqlı müdafiə paktına uyğun olaraq, onlardan hər hansı birinə hücum edilərsə, dərhal hərbi yardım göstərməyə razılaşıblar.