“Hər gün Ukraynada təxminən 500 Rusiya hərbçisi ölür və ya yaralanır”.

Bu barədə “The New York Times” nəşri ABŞ kəşfiyyat məlumatlarına əsasən yazıb.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Beynəlxalq Təhlükəsizlik Proqramları üzrə direktoru Set Consun sözlərinə görə, belə ağır itkilər Rusiya ordusunu xeyli yorur və döyüş meydanında hücumun effektivliyini aşağı salır: “Rusiya ordusu tükənib. Bu, onun Ukraynadakı fəaliyyətinə təsir edir. Rusiya hətta Donetskdə tam nəzarəti təmin edə biləcək gücdə deyil”.

Makkeyn İnstitutunun direktoru Evelin Farkas bildirib ki, Rusiya hakimiyyəti öz ordusu üçün əlavə insan resursları cəlb etməkdə çətinlik çəkir: “Rusiya kütləvi səfərbərlik həyata keçirməsə, uduzacaq”.

NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali komandanı, istefada olan general Filip Bridlavın düşünür ki, Rusiyanın itkiləri kifayət qədərdir: “Vəziyyət o həddə çatıb ki, Rsuiya hətta əsir düşmüş ukraynalıları öz tərəfindən döyüşməyə məcbur etməyə çalışır. Rusiyanın insan resursu ilə bağlı ciddi problemi var”.

İstinadlar Report