Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) İdarə Heyətinə yenidən seçilməyib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya təşkilatda qalmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Xatırladaq ki, ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir.

İstinadlar Report