Almaniya müdafiə konserni “Rheinmetall”ın rəhbəri Armin Pappergerin mühafizəsi əhəmiyyətli dərəcədə gücləndirilib və o, hazırda öz təhlükəsizliyi üçün narahatlıqdan zirehli gödəkcə geyinir.

Bu barədə “Focus-online” xəbər portalı yazıb.

Məlumata görə, Papperger evdən çıxarkən qalstuk əvəzinə 5 kiloqrama qədər çəkisi olan zirehli gödəkcə geyinir. Bildirilib ki, silahlı mühafizəçilər onu iş görüşlərinə zirehli avtomobillə aparırlar. Hər bir ziyarətçi əvvəlcədən polis və Federal Konstitusiyanı Mühafizə İdarəsinin (əks-kəşfiyyat funksiyalarını yerinə yetirir) sorğusu əsasında yoxlanılır.

“Məni Almaniya kansleri kimi qoruyacaq və mühafizə edəcəklər”, – “Focus-online” Pappergerin mətbuat konfranslarının birində söylədiklərindən sitat gətirib.

İstinadlar Report