Qəzza sektorunda davam edən döyüşlər zamanı azı 188 jurnalist həyatını itirib.
Bu barədə Liviyanın “Al Mayadeen” televiziyası məlumat yayıb.
2023-cü ilin oktyabrında başlayaraq, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra Qəzza sektorunda həlak olmuş jurnalistlərin sayı 188-ə çatıb.
Qətərin “Al Jazeera” telekanalı 3 noyabrda Qəzza sektorunda 182 jurnalistin həlak olduğunu bildirmişdi. Televiziya kanalı həmçinin, bir çox media işçisinin ailələri ilə birlikdə öldürüldüyünü qeyd edib.