
Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqların gələn həftənin əvvəlində başlayacağı gözlənilir.
Bu barədə Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbərliyinin mətbuat katibi Tahir ən-Nunu bildirib.
“Sazişin ikinci mərhələsi üzrə danışıqların gələn həftənin əvvəlində başlanacağı gözlənilir”, – o deyib.
Ən-Nunu əlavə edib ki, sazişin birinci mərhələsinin icrası çərçivəsində vasitəçilər fələstinlilərin müvəqqəti yerləşdirilməsi üçün Qəzzaya daha çox çadır və qoşquların, eləcə də dağıntıların təmizlənməsi üçün ağır texnikanın gətirilməsini təmin edəcəklərini vəd ediblər.