Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçı rejiminin tör-töküntülərinin başçısı Araik Arutyunyan həyat yoldaşı ilə birgə bir neçə gündür Moskvada səfərdədir.

Bunu “Qraparak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, səfər heç də könüllü xarakter daşımır: “Araik Arutyunyanı Moskvaya təlimatlandırmaq üçün çağırıblar. Rusiya xüsusi xidmət orqanları onun Ermənistan hakimiyyətinə itaət etməsindən, onların sözü ilə oturub-durmasından narahatdır. Ona görə də Araiki özünə qaytarmağa cəhd göstərirlər”.

Separatçıların rəhbəri Rusiyaya səfərini “faydalı” etmək qərarına gəlib. Belə ki, Araik Arutyunyan Moskvada özünə ev alır.

İstinadlar Report