
ABŞ Müdafiə Nazirliyi Ukrayna haqqında da daxil olmaqla məxfi məlumatların sızması ilə bağlı araşdırma ilə əlaqədar daha bir məmuru müvəqqəti olaraq vəzifədən uzaqlaşdırıb.
Nəşrə görə, müdafiə nazirinin müavininin aparatının rəhbəri Kolin Kerrol inzibati məzuniyyətə göndərilib. Daha əvvəl qəzet bildirmişdi ki, məxfi məlumatların sızması ilə bağlı araşdırma ilə əlaqədar Pentaqonun aparatının rəhbər müavini Derin Selnik, həmçinin müdafiə nazirinin müşaviri Den Koldvel vəzifədən uzaqlaşdırılıb.
“Politico” qeyd edib ki, Pentaqon hazırda Panama kanalı ilə bağlı hərbi planlara, Qırmızı dənizdə ABŞ-nin daha bir aviadaşıyıcısının yerləşdirilməsinə, həmçinin İlon Maskın Pentaqona səfərinə və Ukrayna üçün kəşfiyyat məlumatlarının toplanmasına dair məxfi məlumatların sızması ilə bağlı təhqiqat aparır.