
Brüsseldəki görüşdən sonra Nikol Paşinyanın susması və qeyr-müəyyən davranışı hakim partiyada narahatlıq yaradıb.
Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Bildirilib ki, Brüsseldəki görüşdən bir həftə sonra N.Paşinyan hələ də Ermənistandan kənarda keçirilən görüşlərdən sonra etdiyi kimi görüşün ictimaiyyətə açıqlanmayan tərəflərini komandasına açıqlamayıb və bu görüşü qiymətləndirməyib.