“Likud” partiyasının lideri Benyamin Netanyahu İsrail Prezidenti İsxak Hersoqa ölkənin yeni kabinetini formalaşdırmaq üçün ona verilən mandatın uzadılması ilə bağlı müraciət edib.

Bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.

Qeyd edək ki, İsrail Prezidenti İsaak Hersoq “Likud” Partiyasının lideri Benyamin Netanyahuya noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən hökumət koalisiyası yaratmaq mandatı verib.