
NATO Avropanın sualtı kabellərə hücumlar zamanı internetə çıxış üçün alternativ vasitələrin axtarışı ilə bağlı layihəsi dəstəkləyir.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd edilir ki, hücumlar və ya təbii fəlakətlər zamanı məlumatların sualtı kabellərdən peyk sistemlərinə problemsiz və fasiləsiz yönləndirilməsinə imkan verəcək layihənin hazırlanması 433 min avroya başa gəlib.
Məlumata görə, ümumi dəyəri 2,5 milyon dollar olan layihəni İslandiya, ABŞ, İsveç və İsveçrə alimləri hazırlayır.
Alyansın elmi proqramının rəhbəri layihənin bu yaxınlarda təsdiqləndiyini və yaxın vaxtlarda onun icrasına başlanılacağını təsdiqləyib.