
ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Mask son iki ildə ən azı 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib.
Bu barədə NBC televiziya şirkəti məlumat yayıb.
Nəşrin hesablamalarına görə, bu ölkələrə ABŞ-dən başqa Argentina, Braziliya, Böyük Britaniya, Venesuela, Macarıstan, Almaniya, İsrail, Hindistan, İrlandiya, İtaliya, Niderland, Yeni Zelandiya, Kanada, Rumıniya, Salvador, Türkiyə və Cənubi Afrika Respublikası daxildir.