Fransa Prezidenti Emmanuel Makron müxalifət nümayəndələri ilə hökumətə etimad səsverməsinə başlamamaları vədi müqabilində təklif etdikləri bir sıra tədbirləri həyata keçirmək üçün danışıqlar aparır.
“O, qapıları bağlamır… Hökumətin istefasına səbəb ola biləcək etimad səsverməsinin lehinə səs verməmək vədi müqabilində müəyyən sayda tədbirlərlə bağlı sövdələşmələr müzakirə oluna bilər”, – deyən mənbə söhbətin hansı tədbirlərdən getdiyini açıqlamayıb.
Avropa Parlamentinə iyunda keçirilən seçkilərdə sağçılar böyük dəstək qazandıqdan sonra Makron növbədənkənar seçkilər elan edib. Seçkilərin birinci turu iyunun 30-da baş tutub.