Qəzza zolağına səfər etməyi planlaşdıran Fələstin lideri Mahmud Abbas Misir ərazisindən anklava gedə bilər.
M.Abbasın Qəzza zolağına səfəri ilə bağlı məsələ onun sentyabrın 26-da BMT-də gözlənilən çıxışından sonra həll ediləcək. Misir Əbu Mazenin (Mahmud Abbas – red.) Rəfah nəzarət-keçid məntəqəsinin Misir hissəsindən Qəzza zolağına daxil olmasına icazə verməyə hazırdır.