ABŞ-nin Los-Anceles dairəsində meşə yanğınlarının yaylmasına səbəb olan quru, küləkli hava şəraiti səbəbindən Cənubi Kaliforniya yaxın günlərdə kritik yanğın təhlükəsi altında qalacaq.

“8 milyondan çox insan kritik yanğın təhlükəsi zonasındadır”, – telekanal bildirib.

Məlumata görə, bu vəziyyət yanvarın 15-i çərşənbə gününə qədər davam edəcək.

Los-Ancelesdə şiddətli meşə yanğınları yanvarın 7-də başlayıb. Yanğının genişlənməsinə şərait yaradan qasırğalı küləklər vəziyyəti daha da ağırlaşdırır. Qeyd edilir ki, yanğın hidrantlarında su çatışmazlığı da alovun söndürülməsini çətinləşdirir.

İstinadlar Report