ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar Rusiyaya sanksiyaların sərtləşdirilməsi və Ukraynaya dəstəyin artırılması ilə bağlı qanun layihəsi təqdim ediblər.

Məlumata görə, sənəddə Ukraynanın təhlükəsizliyi və bərpasının təmin edilməsi, habelə Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə vəsaitin ayrılması ilə bağlı müddəalar var. Qanun layihəsinin müəllifi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli demokratı Qreqori Miksdir.

İstinadlar Report