Yaponiyanın Baş naziri Fumio Kisida iyul ayında Almaniyaya səfər etmək, kansler Olaf Şoltsla ikitərəfli, o cümlədən iqtisadi təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq barədə müzakirələr aparmaq niyyətindədir.

Hazırda Yaponiya hökuməti səfərə müvafiq hazırlıq işləri aparır.

Paralel olaraq, Tokio Kisidanın iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitinə səfərinə hazırlıq görür. Yaponiyanın Baş naziri Almaniyaya səfərini ABŞ-yə səfərlə birləşdirmək niyyətindədir.

İstinadlar Report