Kanada sentyabrın əvvəlində Kanada siqh icmasının lideri Hardip Sinqh Nicarın iyun ayında öldürülməsi ilə əlaqədar Hindistanla azad ticarət danışıqlarını dayandırıb. Ottava Hindistan xüsusi xidmət orqanlarının bunda əli ola biləcəyini güman edir.

Bu barədə Kanadan hökumətindəki mənbə “Reuters”ə açıqlayıb.

Agentliyin digər mənbəyi bildirib ki, Kanada ölkənin siqh icmasının liderinin qətli ilə Hindistanın mümkün əlaqəsi üzərində ABŞ ilə sıx əməkdaşlıq edib.

İstinadlar Report