İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub.

Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Bildirilib ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsindən İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir.

Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə olunan yer-yer tipli raketləri istehsal etmək üçün istifadə etdiyi Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir.

İstinadlar Report