İsrail, Amerika və Livan mənbələri bildiriblər ki, İsrail “Hizbullah” ilə Livanda atəşkəs barədə təklif olunan sazişi ilkin olaraq təsdiqləyib və bu, indi Nazirlər Kabinetinin son təsdiqinə təqdim olunmalıdır.

Bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.

ABŞ-nin regiondakı xüsusi nümayəndəsi və Prezident Cozef Baydenin emissarı Eymos Hokstin noyabrın 24-də axşam Livan rəsmilərinə İsrailin qərarı barədə məlumat verib.

İstinadlar Report