İsrail Baş naziri Binyamin Netanyahu bütün girovların azad edilməsini nəzərdə tutan, lakin HƏMAS-ın Qəzza zolağı üzərində nəzarətinə son qoymayan sövdələşməyə razı olmayacaq.
Bu barədə İsrail lideri “Time” jurnalına müsahibəsində bildirib.
“Xeyr, düşünmürəm. <…> Biz hər iki məqsədə çatmalıyıq: bütün girovların azad edilməsinə nail olmaq və müharibəni qazanmaq. Və mən inanıram ki, bu mümkündür”, – o söyləyib.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 7 oktyabr 2023-cü ildə Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra kəskin şəkildə gərginləşib. Bu zaman sərhədyanı yaşayış məntəqələrinin sakinləri qətlə yetirilib və 240-dan çox girov götürülüb.