İsrail radikallar tərəfindən saxlanılan girovların azad edilməsi müqabilində Qəzza zolağında 5 illik atəşkəs təklifini rədd edib.

Aprelin 27-də radikal “HƏMAS” hərəkatındakı mənbələr bildiriblər ki, təşkilatın Doha və Qahirədəki nümayəndə heyəti beş illik atəşkəs ideyası da daxil olmaqla Qəzzada hərbi əməliyyatlara son qoymaq üçün ümumi baxış təqdim edib.

Bu müddət ərzində hərəkatın təklifinə əsasən, İsrail ordusunun Qəzzadan tam çıxarılması həyata keçirilməli, sektorun bərpasına başlanılmalı, eyni zamanda anklavın blokadası götürülməlidir.

Eyni zamanda “HƏMAS” nümayəndə heyəti təşkilatın tərksilah edilməsi məsələsini müzakirə etməkdən imtina edib.

İstinadlar Report