
İsrail hökuməti Qəzzada atəşkəs razılaşmasının pozulması ilə bağlı istənilən halı ciddi qəbul edir.
Bu bəyanat HƏMAS-ın şənbə günü azad edilməli olan girovların adlarını verməsini gecikdirdiyi vaxtda verilib.
İsrail ordusunun mətbuat xidməti də eyni vaxtda qoşunların Qəzza zolağına yerləşdirildiyini və özlərini müdafiə etməyə hazır olduqlarını bildirən bəyanat yayıb.
“Girovların qaytarılması ilə bağlı razılaşmanın icrası çərçivəsində Cənub Komandanlığının 162, 143 və 99-cu diviziyalarının qoşunları Qəzza zolağında bir neçə məntəqəyə yerləşdirilib. Hazırlıq çərçivəsində Cənub Komandanlığının komandirləri növbəti mərhələdə girovların geri qaytarılmasına dair bir sıra görüşlər keçiriblər”, – qurumdan bildirilib.