“İraq İslami Müqavimət” hərəkatının silahlı bölmələri Suriyanın Deyr əz-Zor əyalətində “Əl-Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ-nin hərbi bazasına hücum edib.
Bu barədə “Sham FM” radiostansiyası məlumat yayıb.
Məlumata görə, hərbi obyektin ərazisində azı üç partlayış səsi eşidilib.
Şahidlərin sözlərinə görə, Suriya ordusunun tərəfində döyüşən döyüşçülər ABŞ bazasına hücum etmək üçün kamikadze-dronlardan istifadə ediblər.