İŞİD terror qruplaşmasının yeni başçısı onun ideoloqlarından biri Əmir Məhəmməd Səid Abdel Rəhman əl-Maulə olub.

Bu barədə “The Guardian” qəzeti bildirib.

Nəşr ötən il oktyabrın sonunda İdlib əyalətində ABŞ-ın xüsusi əməliyyatının gedişatında zərərsizləşdirilmiş Əmir Abdel Rəhmanı İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin əvvəlki başçısına yaxın şəxs adlandırıb. Dövlət Departamenti onu İraq əsilli olduğunu qeyd edərək, əl-Bağdadinin müavinlərindən biri olduğunu açıqlayıb.

ABŞ hakimiyyətinin əl-Bağdadinin özü və ən yaxın tərəfdarları barədə informasiya verənə 5 milyon dollar mükafat vəd etmişdi.

Britaniya nəşrinin yazdığına görə, İŞİD-in keçmiş və indiki başçıları hələ 2004-cü ildə ABŞ-ın İraqdakı “Kemp-Bukka” düşərgəsində məhkum olarkən tanış olublar. Əmir Abdel Rəhman qruplaşmanın banilərindən biri olub. O, qruplaşmanın ideologiyasının yaradılmasında və bir sıra əməliyyatların planlaşdırılmasında iştirak edib.

Məhz o İraqda xristianların məhvinin əsasını qoyub.

İstinadlar Report