İranda dost ölkələrin dövlət və hökumət başçılarının xanımlarının iştirakı ilə “Nüfuzlu qadınlar” adlı beynəlxalq konqres keçirilib.

Ran Prezidentinin xanımının təşkil etdiyi tədbirdə Burkina Faso, Qırğız Respublikası, Serbiya, Qvineya, Niger, Nigeriya, Şri-Lanka, Suriya, Türkmənistan və Ermənistanın dövlət və hökumət başçılarının xanımları iştirak ediblər.

Mənbə yazır ki, konqresə İranın ən yaxın dostlarının, yəni Rusiya, Çin və Suriyanın birinci xanımlarının, yaxud bu dövlətlərin ən azı bir neçə nazir və ya parlament üzvünün qatılacağı gözlənilirdi, lakin görünür, “İranın Xarici İşlər Nazirliyi bu vəzifənin öhdəsindən gələ bilməyib”.

Qəzet bildirir ki, mühüm qonşuların və müsəlman dövlətlərin birinci xanımlarının bu konqresdə iştirak etməməsi İranın qonşuları ilə münasibətlərdə böhran yaşadığını bir daha sübut edir.

İstinadlar Report