
İran İordaniyanın hərəkətlərini izləyir və İslam Respublikasının İsrailə hücumunun qarşısını alsa, krallığı vura bilər.
Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın hesab edilən “Fars” agentliyi məlumat yayıb.
“İran silahlı qüvvələri İsrailə hücum zamanı İordaniyanın hərəkətlərini diqqətlə izləyir, əgər bu ölkə müdaxilə etməyə çalışsa, növbəti hədəfə çevriləcək”, – agentliyin bəyanatında deyilir.
“Fars” həmçinin iddia edib ki, İran hakimiyyəti hücumdan əvvəl İordaniya da daxil olmaqla qonşu ölkələrə “lazımi xəbərdarlıqlar” göndərib.