Hindistan polisi daha əvvəl ölkənin maliyyə naziri (1996-1997, 1997-1998, 2004-2008 və 2012-2014-cü illərdə) və daxili işlər naziri (2008-2012-ci illərdə) vəzifələrini tutan siyasətçi Palaniappan Çidambaramı saxlayıb.

Bu barədə NDTV telekanalı məlumat verib.

Sabiq nazir korrupsiya və çirkli pulların yuyulması ilə bağlı iki epizodda ittiham olunur. Siyasətçi gecəni özünün daxili işlər naziri olduğu zaman açılan Mərkəzi İstintaq Bürosunun binalar kompleksində keçirib.

Bu gün sabiq nazirin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

P.Çidambaram ünvanına yönəlmiş ittihamların siyasi motivli olduğunu söyləyir.

İstinadlar Report