İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın Sayda şəhərində avtomobili vurub.

Bu barədə “Naharnet” xəbər portalı məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində Fələstinin HƏMAS hərəkatının komandirlərindən biri – Samer əl-Hac ölüb. Avtomobildə olan daha bir nəfər yaralanıb.

İstinadlar Report