
HƏMAS Türkiyənin dəstəyi ilə Qəzza zolağında atəşkəs barədə İsraillə razılaşma əldə etmək üçün yeni təşəbbüsünü irəli sürməyə çalışır.
HƏMAS nümayəndə heyəti Ankarada türk rəsmiləri ilə görüş zamanı onlardan ABŞ ilə əlaqələrindən istifadə edərək hərəkatın təklifini Amerika administrasiyasına çatdırmağı xahiş edib.
“Türkiyədəki görüşlərin məqsədi türk rəsmilərinə HƏMAS-ın baxışını Vaşinqtona təqdim etmək üçün ABŞ-nin hazırkı administrasiyası ilə yaxşı münasibətlərindən istifadə etmək zərurəti fikrini çatdırmaqdır”, – mənbələrdən biri bildirib.
Bundan başqa, nəşrin məlumatına görə, hərəkat “İsrailə təzyiq göstərilməsində ABŞ-nin daha fəal rol oynaması” üçün başqa yollar axtarır, xüsusilə qətərli vasitəçilərin köməyi ilə. HƏMAS-ın təklifi bütün israilli girovların razılaşdırılmış sayda fələstinli məhbusla mübadiləsini, döyüş əməliyyatlarının dayandırılmasını və İsrail qoşunlarının Qəzza zolağının bütün bölgələrindən çıxarılmasını nəzərdə tutur.