Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ötən il ərzində çoxsaylı haker hücumlarına məruz qalıb, nəticədə çoxlu sayda gizli məlumatlar oğurlana bilər.

Bu barədə “Asahi” qəzeti məlumat yayıb.

Cinayətkarlar “Microsoft”un bulud xidmətlərinin zəifliyindən istifadə edərək JAXA-nın daxili sənədlərinə daxil ola biliblər. Ötən yayda JAXA-ya qarşı bir sıra kütləvi kiberhücumların başladıldığı vurğulandı. Bu, Yaponiyaya qarşı sənaye casusluğunun bir hissəsi ola bilər. Oğurlanan məlumatlar arasında JAXA-nın “Toyota Motor” və Müdafiə Nazirliyi ilə birgə layihələr çərçivəsində mübadilə etdiyi məlumatlar ola bilər.

İstinadlar Report