ABŞ Federal Təhqiqat Bürosu (FTB) 35-ci prezident Con Kennedinin qətli ilə bağlı əvvəllər rəsmi komissiyaya təqdim edilməmiş təxminən 2,4 min gizli yazışma aşkarlayıb.

Bildirilir ki, məxfi yazışmalar FTB-nin Donald Trampın 23 yanvar tarixli fərmanı ilə başladılmış yoxlaması zamanı aşkarlanmış 14 min səhifəlik sənədlərdə əks olunub.