Fransa və Böyük Britaniya atəşkəs olacağı təqdirdə təhlükəsizliyi təmin etmək üçün ilkin olaraq Ukraynaya hərbçi göndərməyi planlaşdırmağa başlayıb.

“Britaniyalılar və fransızlar artıq bəzi ilkin planlaşdırma işlərinə başlayıblar”, – məqalədə qeyd olunur.

Avropada hazırda beş və ya altı Avropa ölkəsindən təxminən 50 min hərbçinin daxil olacağı qüvvələrin yaradılması müzakirə olunur. Plana əsasən, bu hərbçilər atəşkəs olacağı təqdirdə Ukrayna Silahlı Qüvvələri ilə Rusiya qüvvələri arasındakı demarkasiya xəttində asayişi qoruyacaqlar.

İstinadlar Report