Fransa və Almaniya arasındakı ziddiyyət Ukraynadakı duruma mənfi təsir göstərir.

Bu barədə “Financial Times” nəşri yazıb.

Bildirilib ki, bu gərginlik xüsusilə Avropa İttifaqı səviyyəsində qərarların qəbuluna, həmçinin, Ukraynaya yardımın ləngiməsinə təsir edir.

Qeyd olunub ki, Berlin və Paris arasında konsensus yoxdur: “Bunun əsas səbəbi isə prezidentlər – Olaf Şoltsla Emmanuel Makronun yola getməməsidir. Onlar bir otaqda oturub hər şeyi müzakirə etməlidirlər. Əks halda, konsensus əldə etmək çətin olacaq”.

Nəşrin yazdığına görə, ölkələr arasında gərginlik 1 ildən artıqdır davam edir.

İstinadlar Report