Fransanın “Orano” şirkəti Niger hakimiyyətinin razılaşmanın uzadılmasına razı olmadığı üçün “İmuraren” mədənində uranın işlənməsi hüququnu itirmək riski ilə üzləşib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Niger Fransa nüvə şirkətinin aktivin işlənməsi planını rədd etdikdən sonra “Orano SA” iyunun 19-dan etibarən dünyanın ən böyük yataqlarından birində uran hasilatı hüququnu itirə bilər.

“İmuraren” yatağının təklif olunan işlənmə planı hakimiyyətin gözləntilərinə cavab vermir”, – Niger Mədən Nazirliyinin məktubunda qeyd edilib.

İstinadlar Report