Fransa Prezidenti Emmanuel Makron terrorçu PKK-nın Suriyadakı qollarında biri olan PYD-nin ölkəsindəki təmsilçisi Xalid İsanın da olduğu Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşüb.

Məlumatı “Haber7” yayıb.

E.Makron terrorçu PKK/YPG-PYD-nin qurduğu SDQyə dəstək verəcəyini deyib. Fransa prezidenti terrorçu qrupların formalaşdırdığı bu təşkilata maliyyə yardımı edəcəyini söyləyib.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-nın terrorçu qruplar siyahısına daxil edib.

İstinadlar Report