Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 12-də Ər-Riyadda keçirilməsi planlaşdırılan Suriya üzrə beynəlxalq görüşdə Dəməşqə qarşı həyati əhəmiyyətli sahələrdə tətbiq edilən sanksiyaların ləğvinin zəruriliyini açıqlamaq niyyətindədir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə məlumat verib.
“Gözlənilir ki, nazir görüşdə Suriyaya qarşı həyati əhəmiyyətli sahələrə tətbiq edilən sanksiyaların ləğvi məsələsində dəstəyini ifadə edəcək. O, həmçinin Suriyanın bərpası üçün sistemli və ardıcıl tədbirlərin görülməsi və onların həyata keçirilməsi tempinin azaldılmamasının vacibliyini qeyd edəcək”, – mənbə bildirib.