Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək.

Baş nazir Məhəmməd Ştaye istefa ərizəsini Fələstin liderinə təqdim edəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Mənbə qeyd edib ki, Prezident Abbas bu addımı bəzi regional oyunçuların və ABŞ-nin göstərdiyi təzyiqlərə görə atır. “Hökumətin istefası Qəzza zolağında müharibəyə son qoymaq üçün davam edən vasitəçilik səyləri və hərbi qüvvələrin çıxarılması və Fələstin anklavındakı blokadanın götürülməsi üçün beynəlxalq təminatların verilməsi ilə bağlıdır”, – o vurğulayıb.

İstinadlar Report