Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının bəzi üzvlərinin siyasi təşkilatdan istefa verəcəyi gözlənilir.
Bunu Ermənistanın “Past” nəşri yazıb.
Bildirilib ki, bir çox siyasətçi baş nazir Nikol Paşinyanın siyasətindən narazıdır: “Mülki Müqavilə”nin bəzi üzvləri deyirlər ki, onlar ictimaiyyət qarşısına çıxmağa utanırlar”.
Qeyd olunub ki, gələcəkdə partiyanın sıralarının seyrələcəyi istisna deyil.