Ermənistanda yeni anti-Rusiya əhvali-ruhiyyəsi formalaşır.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Bildirilib ki, bu proses baş nazir Nikol Paşinyanın Münxen səfərindən sonra daha da güclənib.

“Beləliklə, İrəvan-Moskva münasibətlərindəki tarazlıq birdəfəlik aradan qaldırılacaq”, – nəşrdə vurğulanıb.

Qəzetin iddiasına görə, Ermənistan hakimiyyəti Qərbin tələbləri ilə bu addımı atır.

İstinadlar Report