Ermənistanda dövlət qurumlarında işləyən xeyli sayda məmur Yeni il bayramından sonra kütləvi şəkildə işdən çıxarılacaq.

Bunu “Jamanak” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, çoxlu sayda məmura dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra işsiz qalacaqları barədə xəbərdarlıq edilib.

“Diaspor, Mədəniyyət, Xarici işlər, İdman və gənclərlə iş üzrə nazirliklərin əməkdaşları artıq işsiz qalacaqları barədə məlumatlandırılıblar”, -deyə yazıda vurğulanıb.

İstinadlar Report