Ermənistanda güc strukturlarına məhkəmə hakimlərinin istefa ərizəsi yazmaları ilə bağlı təzyiq göstərmələri tapşırılıb.

Bu barədə “Jamanak” yazıb.

Bildirilib ki, hakimlərə daşınan və daşınmaz əmlakları ilə bağlı təzyiq edilməsi nəzərdə tutulub: “Ancaq hakimlər də mal-mülklərini öz adlarına sənədləşdirəcək dərəcədə sadəlövh deyillər”.

Qəzetin yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışı əsasında könüllü olaraq tutduğu vəzifədən istefa verəcək bir neçə hakim tapmaq lazımdır.

İstinadlar Report