Ermənistan prezidenti Armen Sarkisyan susqunluğu pozaraq fəal oyuna başlayıb.

“Rates” qəzeti bu barədə məqalə dərc edib.

“Armen Sarkisyan 2,5 il sükut etdi. Baş nazir kreslosunu zəbt etmiş, psixoloji cəhətdən anormal şəxsin min bir antikonstitusiya addımlarına dözüm göstərərək gözlərini yumdu.

Butafor (teatr səhnəsini quraşdıran – “Report”) prezident Armen Sarkisyan cəmiyyətin ovqatını araşdıraraq hökumətin və baş nazirin istefasını tələb etdi. Deyirlər ki, prezident mövcud vəziyyətdən “quru” çıxmaq, eyni zamanda parlament seçkilərində iştirak edib, qalib gəlmək üçün parlamentə öz komandasını göndərmək istəyir.

Nəhayət, Ermənistanda Britaniyanın müəyyən dairələrinin açıq istəklərini dəstəkləyəcək, parlamentdə prezident Sarkisyanın maraqlarını təmsil edəcək öz adamlarından ibarət komandanı formalaşdırıb”, – qəzet yazıb.

Qeyd edək ki, Armen Sarkisyan prezident olmazdan əvvəl Ermənistanın Britaniyada səfiri olub. Onun prezidentliyə namizədliyini keçmiş prezident Serj Sarqsyan irəli sürüb. A.Sarkisyan həm də iş adamı kimi tanınır.