“Artıq br neçə gündür ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 76-cı sessiyası işə başlayıb. Sessiyanın işində dünyanın bir çox ölkələri dövlət başçıları səviyyəsində iştirak edir. Ermənistan sessiyanın işində iştirak etmir və bu, çox qəribədir”.

Bu barədə “Yerevan today” yazıb.

Agentlik bildirib ki, Nikol Paşinyan və onun hakimiyyət komandasının heç bir üzvü sessiyaya qatılmayıb.

Daha əvvəl bildirilmişdi ki, Ermənistan sessiyada Xarici İşlər Nazirliyinin başçısı səviyyəsində iştirak edəcək. “Yerevan today” müxtəlif ölkələrin nümayəndələrinin ikitərəfli görüşlər keçirdiyini, amma Ermənistan haqqında heç bir xəbər olmamasına diqqət çəkib.

Ermənistan Xarici İşlər Nazirliyinin xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-a işgüzar səfərə yola düşdüyünü bildirsə də, agentlik bu səfər barədə xəbərin dəqiq olmadığını iddia edib.

İstinadlar Report