Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il dekabrın 7-də Afinada görüşəcəklər.

Liderlər iki ölkə arasında Yüksək Əməkdaşlıq Şurasının beşinci iclasına sədrlik edəcəklər.

Tərəflərin ən azı 20 saziş imzalayacaqları gözlənilir.

Məlumata görə, həmin sənədlərdən ən mühümlərdən biri miqrasiya ilə bağlı olacaq.

Türkiyə prezidentini səfərdə 7 nazir, həmçinin onun müşaviri Akif Çağatay Kılıç müşayiət edəcək.

İstinadlar Report