ABŞ prezidenti Donald Trampın Böyük Britaniya, İrlandiya və Çin banklarında hesabları var.

Çin bankındakı hesab 2013-2015-ci illərdə Çin dövlətinə 1 88 561 ABŞ dolları məbləğində vergi ödəmiş “Trump İnternational Hotel Management LLC” şirkətinin idarəçiliyindədir və həmin hesabda cəmi bir neçə min ABŞ dolları məbləğində gəlir olduğu bildirilir.

Şirkətin hüquqşünası Alan Qarten ABŞ-da da bölmələri olan Çin bankında hesab açmaqda məqsədin həmin ölkədə mehmanxanalarla bağlı işgüzar fəaliyyət yürütməklə yerli vergiləri ödəmək olduğunu bildirib.

“2015-ci ildən bu yana müqavilə imzalanmayıb, transaksiyalar keçirilməyib, ofis də işləmir. Hesab bağlanmasa da, istifadəsiz qalıb”, – hüquqşünas qeyd edib.

İstinadlar Report