Çin Donald Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaq qərarından sonra proqramları maliyyəsiz qalan ölkələrə öz yardımını təklif edir.

Bu barədə “Politico” məlumat yayıb.

Çin rəsmiləri artıq Nepal hökumətinə USAID proqramlarını öz inkişaf layihələri ilə əvəz etməyə hazır olduqları barədə məlumat veriblər.

Bundan əlavə, Baş nazir Mark Braunun başçılıq etdiyi Kuk adalarının rəsmi nümayəndə heyəti bu həftə Çinə səfər edərək ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dair saziş imzalayacaq. Saziş ada dövlətinin infrastrukturunun inkişafına Çin investisiyalarının artırılmasını nəzərdə tutur.

Kolumbiyada QHT-lər Çinin dondurulmuş USAID proqramlarını əvəz etməkdə maraqlı olduğunu bildirir. 2024-cü ildə ölkə agentlikdən təxminən 385 milyon dollar əldə edib.

Qeyd olunur ki, Pekin yaranmış vəziyyətdən istifadə edərək, Çinin maraqlarını irəli sürmək üçün strateji əhəmiyyət kəsb edən ölkələr və regionlardan mümkün qədər tez ABŞ-ı sıxışdırıb çıxarmaq niyyətindədir.

KİV-in məlumatına görə, Nümayəndələr Palatasının demokratları Tramp administrasiyasını Amerikanın xarici yardımının dayandırılması ilə əlaqədar Çində mümkün yüksəliş barədə xəbərdar etmək üçün strategiya hazırlayıb. Bununla belə, respublikaçılar USAID-i dəstəkləmir və ya maliyyələşdirmənin bərpasını istəmirlər.

İstinadlar Report