Cənubi Koreya Hərbi Hava Qüvvələri bu ölkəyə məxsus hücum təyyarəsindən pulemyotların düşməsinin ardınca ABŞ ilə birgə hərbi hava qüvvələrinin təlimlərini təhlükə altına saldıqdan sonra bütün uçuşları dayandırıb.

“Müşahidə və kəşfiyyatı həyata keçirən qüvvələr, habelə fövqəladə halların aradan qaldırılması üçün zəruri olan digər qüvvələr istisna olmaqla, aprelin 22-si səhər saatlarına qədər bütün növ təyyarələrin uçuşları dayandırılıb. Uçuşların dayandırılması üçün görülən tədbirlər, həmçinin Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələrinin Azadlıq Bayrağının davam edən birgə hava təlimini də pozub. Bundan başqa, fövqəladə hallar üzrə planlaşdırılan bütün uçuşlar dayandırılıb”.

Hərbçilər belə hadisələrin bir daha təkrarlanmaması üçün bütün təyyarələrin təhlükəsizliyini yoxlamağı və pilotlar, aviatexniklər üçün əlavə təlimlər keçirməyi planlaşdırır. Uçuşların aprelin 22-i günortadan etibarən bərpa ediləcəyi gözlənilir.

İstinadlar Report