Cənubi Koreya əsgəri Şimali Koreya sərhədi yaxınlığında təlim zamanı səhvən atəş açıb.

Seul Pxenyana atəşin qəsdən olmadığını bildirib.

Qeyd olunub ki, Kanvonda əyalətindəki hərbisizləşdirilmiş zonada müşahidə məntəqələrindən ordu bölməsinin təlimi zamanı pulemyotdan dörd döyüş mərmisi atılıb. Məşq zamanı atışma nəzərdə tutulmamışdı. Bütün güllələr hərbi demarkasiya xəttinin Cənubi Koreya tərəfinə (Şimali Koreya ilə faktiki sərhəd) tuş gəlib.

İstinadlar Report