Cənubi Kipr tarixində ilk krematori 2024-cü ildə tikiləcək.

Bu barədə “Cyprus Mail” qəzeti öz saytında məlumat yayıb.

Nəşrin mənbələri bildiriblər ki, ölkənin Ətraf Mühitin Mühafizəsi Departamenti “Crematorium Cyprus” şirkəti tərəfindən obyektin tikintisi üçün müraciəti təsdiqləyib. İcra müddəti 18 ilə 24 ay arasında müəyyən edilib və onun təxmini dəyəri 2,2 milyon avro təşkil edir.

Məlumata görə, 70-ə qədər ziyarətçinin yerləşə biləcəyi və ölənlərin dəfn mərasimlərinin keçirilməsini nəzərdə tutan mərasim zalı olan krematorinin tikintisi üçün Pafos əyalətinin Aya-Varvara kəndində yer ayrılacaq.

2016-cı ildə ölkənin parlamenti Kipr Pravoslav Kilsəsinin etiraz etdiyi, lakin Kipr Yaşıllar Partiyasının dəstəklədiyi ölülərin yandırılmasına icazə verən qanun qəbul edib. Lakin son səkkiz ildə bu aktın həyata keçirilməsi üçün heç bir tədbir görülməyib. Nəticədə Cənubi Kipr Malta ilə birlikdə hələ də krematorilərin olmadığı yeganə Avropa İttifaqı (Aİ) ölkələri olaraq qalır.

İstinadlar Report